Şrift:
Özbəkistan portalları: Ermənistanın Gəncə və Mingəçevirin mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması cinayətdir
14.10.2020 [10:05] - Xəbərlər, Siyasət
Özbəkistanın “Interpress.uz”, “fikr.uz”, “korrespondent.uz”, “qalampir.uz”, “daryo.uz” və “azon.uz” portalları öz səhifələrində Ermənistan silahlı qüvvələrinin Gəncə və Mingəçevirin mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr yerləşdirib.

Məqalələrdə oktyabrın 12-də Moskvada humanitar atəşkəs rejimi ilə bağlı əldə olunmuş razılaşmanın Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raket atəşinə tutulması nəticəsində

dinc sakinlərin öldüyü və yaralandığı barədə məlumatlar yer alır. Saytlar bildirir ki, cəbhə xəttindən xeyli uzaqda olan Gəncə və Mingəçevirin raket atəşinə tutulması hərbi cinayətdir və Ermənistan buna görə cavab verməlidir.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed