Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 62 minə çatıb
14.10.2020 [15:06] - Gündəm, Sosial
Son sutkada Özbəkistanda COVID-19 koronovirusuna 329 nəfər yoluxub, pandemiya dövründə xəstələrin sayı 61 min 859 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, xəstəxanalarda 2 min 584 nəfər müalicə olunur. 319 xəstənin vəziyyətinin ağır, 106-nın isə çox ağır olduğu bildirilir.

Son sutkada 2 xəstə dünyasını dəyişib, ölənlərin sayı 512-yə çatıb.

Qeyd olunur ki, son gündə 694, ümumiyyətlə isə 58 min 763 xəstə müalicə olunaraq evə buraxılıb
Bu xəbər oxucular tərəfindən 135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed