Şrift:
Son sutkada Qırğızıstanda COVID-19-dan 5 xəstə ölüb
15.10.2020 [10:25] - Gündəm, Sağlıq
Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı günbəgün artır. Əgər dünən yoluxma sayı 330 olmuşdursa, bu gün bu rəqəm 388-dir. Pandemiya dövründə yoluxma sayı 50 min 589 nəfərə çatıb

Qırğızıstan Səhiyyə Nazirliyi xəbər verir ki, son 24 saatda koronavirusdan 5 pasiyent ölüb və həyatını itirənlərin sayı 1099 nəfər təşkil edib.

Bildirilir ki, son 24 saatda koronavirusa 32, ümumiyyətlə isə 3 min 488 tibb işçisi yoluxub. Sutka ərzində 196, epidemiya dövründə 45 min 80 xəstənin sağaldığı bildirilir
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed