Şrift:
İranda dolların məzənnəsi 31 min 880 tümənə yüksəlib
15.10.2020 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Valyuta xəbərləri yayan mənbələrin verdiyi məlumata görə, oktyabrın 13-ü axşam saatlarında İranın valyuta bazarında 1 dollar 31 min 880 tümən qarşılığında müamilə edilib.


İranda dolların qiyməti bir həftə əvvəl 28 min 500, oktyabrın 11-də isə 31 min 700 tümən idi. Bildirilir ki, dolların məzənnəsinin sürətlə artmasının əsas əbəblərindən biri Amerika Maliyyə Nazirliyinin ötən həftə İranın 18 bankına sanksiya qoyması ilə əlaqələndirilir.


Xatırladaq ki, cari ilin iyul ayının ortalarından etibarən İranda xarici valyutaların qiyməti kəskin yüksəlməyə başlayıb.


İran rejimi prosesi səngitmək üçün bir neçə dəfə bazara ümumilikdə 1 milyard dollardan çox əlavə valyuta daxil etsə də, bu, xarici valyutaların qiymətlərində müvəqqəti olaraq nisbi və qısa müddətli enməyə səbəb olsa da, dolların məzənnəsi sonradan yenidən artmağa başlayıb
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed