Şrift:
Sinan Oğan: Dinc Azərbaycan əhalisini öldürmək insanlıq cinayəti, barbarlıqdır və canilikdir
16.10.2020 [11:02] - Xəbərlər, Siyasət
Azərbaycanın mülki əhalisinin hədəfə alan terrorçu Ermənistandır. Bu dövlət dinc əhalini hədəfə almağı özünün müharibə strategiyası kimi qəbul edir. Dinc azərbaycanlı əhalini, günahsız insanları öldürmək insanlıq əleyhinə cinayət, barbarlıqdır. Azərbaycan heç vaxt Ermənistanın dinc əhalisinə zərər verən hərəkətlər etməyib.

Bu fikirləri açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan ifadə edib.

Müasir dünyanın gözü qarşısında dinc azərbaycanlıların Ermənistanın hücumları nəticəsində həlak olduqlarını xatırladan sabiq millət vəkili deyib: “Ermənistanın mülki əhalini hədəf alması, xüsusilə də Tərtərdə dəfn mərasimində iştirak edən günahsız insanları artilleriya və top atəşinə tutması erməni faşizminin çirkin üzüdür. Bu hadisə və bir neçə gün əvvəl Gəncəyə ballistik raketin atması bir daha göstərdi ki, işğal faktı aradan qalxmayanadək Ermənistan hücumlarını davam etdirəcək. Azərbaycan humanitar atəşkəs çağırışlarına müsbət yanaşdı. Lakin yenə də Ermənistan xəyanət yolunu tutdu. İndi söz dünya ictimaiyyətinin, beynəlxalq təşkilatlarındır. Haradadır demokratiyadan, insan haqlarından danışanlar? Gəncə, Naftalan, Tərtər və başqa şəhərlərdə ermənilərin öldürdüyü dinc azərbaycanlıların haqqını kim qorumalıdır? Kim bu cinayətlərə dur deməlidir? Xüsusilə Gəncəyə ballistik raket atılmasından sonra dünya ictimaiyyəti bir daha gördü ki, Ermənistan terror aktı törədir. Həmçinin Ermənistan ordusu mülki əhalinin arxasında gizlənərək Azərbaycanı atəşə tutur. Bütün bu hallar bu dövlətin siyasi-hərbi rəhbərliyinin riyakarlığı və cinayətkar xislətidir”.

Terrorçu dövlət olan Ermənistanın qanunsuz fəaliyyətinə son qoyulmasının yeganə yolunun işğalçı qüvvələrin Dağlıq Qarabağdan çəkilməsində gördüyün vurğulayan Sinan Oğan deyib ki, ərazi bütövlüyünü bərpa etmək beynəlxalq hüququn Azərbaycan verdiyi haqdır. Azərbaycan xalqı və dövləti mütəşəkkil şəkildə birləşərək torpaqlarını geri qaytarır.
Bu xəbər oxucular tərəfindən 220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed