Şrift:
Azərbaycan Prezidenti son günlər ərzində məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə məlumatları açıqlayıb
17.10.2020 [12:24] - Xəbərlər, Siyasət
Prezident İlham Əliyev xalqa müraciətində son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə bəzi məlumatları açıqlayıb.

Dövlətimizin başçısı aşağıdakı rəqəmləri diqqətə çatdırıb: 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, 49 ədəd piyadaların döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu - 16 ədəd, müxtəlifçaplı toplar - 190 ədəd, “Uraqan” sistemi - 2 ədəd, TOS odsaçan -1 ədəd, əməliyyat taktiki raket kompleksi “Elbrus” - 2 ədəd, “Toçka-U” -1 ədəd, OSA zenit raket kompleksi - 35 ədəd, TOR zenit-raket kompleksi 3 ədəd, KUB və “Kruq” zenit raket kompleksi - 5 ədəd, radioelektron mübarizə sistemləri 9 ədəd, S-300 zenit raket kompleksi – 2 ədəd. Yük avtomobilləri - 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.

Sual olunur, kim onları silahlandırır? “Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatda götürə bilər. Bu suallara biz cavab tapmalıyıq və tapacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed