Şrift:
İran üç kiçikmənzilli raket kompleksini sınaqdan keçirib
14.11.2012 [11:01] - Hərb, Güney Azərbaycan-Təbriz
İran “Vilayət-4” hava hücumundan müdafiə manevri zamanı üç kiçikmənzilli raket kompleksini sınaqdan keçirib.Bu barədə İranın “Xatəmul Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general-polkovnik Fərzad İsmaili açıqlama verib. Onun sözlərinə görə, bunlar yerli mütəxəssislər tərəfindən hazırlanmış “Safat”, “Ya Zəhra 3” və “Qədər” adlı yeni raket sistemləridir: ““Ya Zəhra-3” raket sistemini bütün nöqtələrdə yerləşdirmək mümkündür. Qısa müddət ərzində yerli mütəxəssislər tərəfindən hazırlanıb, mobil və müxtəlif iqlim şəraitlərinə dözümlüdür. “Safat” raketi çox dəqiq və həssasdır, top mərmisi kimi istifadə edilə bilir”.
Qeyd edək ki, noyabrın 12-si İranın cənubunda və şərqində silahlı qüvvələrin geniş hərbi təlimləri başlayıb. 850 min kvadrat kilometrlik ərazidə keçirilən manevr zamanı radar, raket, rabitə, artilleriya, müşahidə və hava hücumundan müdafiə sistemlərindən istifadə edilir. Bir həftə davam edəcək təlimlərə İranın 8 min hərbçisi qatılıb. Manevrə İran ordusunun qırıcıları, “Sepah” qırıcıları, bombardmançı “F4”, “F5”, “F7”, “F14”, “Miraj” və “Suxoy” hərbi təyyarələri, yanacaq çatdıran təyyarələr sınaqdan keçirilir. Eyni zamanda manevr zamanı “Hug” ortamənzilli raket kompleksinin və İranın pilotsuz təyyarələrinin də sınaqdan keçiriləcəyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed