Şrift:
İşğaldan azad olunmuş Füzuli şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
17.10.2020 [13:07] - Xəbərlər, Siyasət
Hər birimizin qürur mənbəyi olan Silahlı Qüvvələrimiz bu gün də cəbhədən şad xəbərlər göndərib. Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunması bizi çox da uzaqda olmayan qələbəmizə daha da yaxınlaşdırır.

"Azərkosmos" ASC-dən bildirilib ki, “Azersky” peyki vasitəsilə Füzuli şəhərinin ən son əldə olunmuş peyk təsviri təqdim edilib.

Mədəniyyət və memarlıq abidələri ilə zəngin olan Füzuli şəhəri tam 27 ildir ki, erməni vandalizminin qurbanına çevrilib. Özünəməxsus təbiəti olan Füzuli ərazisində Ermənistanın işğalı nəticəsində uzunömürlü Şərq çinarları, o cümlədən, Ərgünəş meşəsinin böyük hissəsi məhv edilib.

Bu gün artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti sayəsində Vətənimizin ərazi bütövlüyünün tam bərpa olunmasına sayılı günlərin qaldığına əminik.

Zəfər bizimdir!

Qarabağ Azərbaycandır!
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed