Şrift:
Fərəc Quliyev cəbhəboyu rayonlara səfər edib, yaralı hərbçilərlə görüşdü (foto)
17.10.2020 [17:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev cəbhəboyu rayonlara səfər edib. Partiyanin bir neçə rəhbər vəzifəli şəxsləri ilə birgə edilən səfər zamanı partiya sədri əvvəlcə Azərbaycan ordusunun apardığı əks-hücum və antiterror əməliyyatları zamanı cəbhədə yaralanan hərbçilərə baş çəkmək üçün onların müalicə aldıqları hospitallara gedib. Yaralı hərbçilərlə görüşlər yüksək vətənpərvərlik ruhunda keçib. Hərbçilər ordumuzun cəbhədə göstərdiyi şücaət, düşmənin acizliyi barədə danışaraq yüksək döyüş əzmində olduqlarını, müalicə müddətində darıxdıqlarını və dərhal cəbhəyə dönmək arzusunda olduqlarını bildiriblər. Səmimi söhbətlər əsnasında F.Quliyev öz döyüş xatirələrini qəhrəman hərbiçilərimizlə bölüşərək, bu gün də özünü Azərbaycan ordusunun əsgəri kimi hiss etdiyini və əsgər kimi Ali baş komamdanın əmrlərinə hazır olduğunu bildirib. Partiya sədri qazilərimizi qazandıqları qələbələrlə xalqa yaşatdıqları xoşbəxtliklər münasibəti ilə təbrik edib və xatirə şəkilləri çəkdirib.
Daha sonra MDHP sədri partiyanın bir neçə cəbhəboyu rayon təşkilatlarının sədrləri ilə cəbhəyə yaxın yaşayış məntəqələrində sakinlərlə görüşlər keçirərək, söhbətlər aparıb, düşmənin qeyri-insani davranışlarına baxmayaraq göstərdikləri əzm və iradənin elə düşmənə ən ağır zərbə olduğunu bildirib.
15 oktyabrda başlayan səfər iki gün davam edib.
Qeyd edək ki, buna qədər partiya rəhbərliyinin qərarı ilə MDHP Qarabağ Departamentinin sədri və departamentin Məclis üzvləri bir neçə dəfə cəbhənin müxtəlif istiqamətlərində xalqın orduya dəstəyinin bir parçası kimi əsgərlərlə görüşlər keçirib, sovqatlar paylayıb və cəbhəboyu rayonlarda əhali ilə hərbi-vətənpərvərlik söhbətləri aparıblar. Partiyanın cəbhəboyu rayon təşkilatlarının üzvlərinə isə dövlət qurumlarının fəaliyyətinə köməklik üçün bütün imkanların səfərbər edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.

MDHP Mətbuat xidməti


Fərəc Quliyev cəbhəboyu rayonlara səfər edib, yaralı hərbçilərlə görüşdü (foto)
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed