Şrift:
İran ilə Azərbaycan arasındakı əlaqələrin əsasını iki qonşu, dost xalqın və dövlətin maraqları təşkil edir
19.10.2020 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafının əsasını iki qonşu, dost xalqın və dövlətin maraqları təşkil edir.

Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

Yerli mətbuata açıqlamasında M.Vaezi bir daha bəyan edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu, beynəlxalq qanunlara uyğun və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İran vasitəçilik missiyasını yerinə yetirməyə hər zaman hazırdır.

M.Vaezi nəzərə çatdırıb ki, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün region dövlətlərinin əməkdaşlığı zəruridir.

Administrasiya rəhbəri Azərbaycan rəsmiləri ilə telefon əlaqəsi saxladığını da bildirib
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed