Şrift:
Gəncədə törədilən müharibə cinayətinin qurbanlarının xatirəsi Koreya Respublikasında da anılır
19.10.2020 [11:24] - Xəbərlər, Siyasət
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də gecə vaxtı atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Koreya Respublikasındakı səfirliyinin binasının önündə xüsusi guşə yaradılıb.

Seul sakinləri mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşənin önünə gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir və yaralılara şəfa diləyirlər.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed