Şrift:
Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib
20.10.2020 [10:25] - Gündəm, Sosial
Braziliyanın REBE TV kanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib.

Azərbaycanın Braziliyadakı səfirliyindən bildirilib ki, proqramda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Hüseynov çıxış edərək, mərkəzin fəaliyyəti və Braziliya ilə əməkdaşlığa dair planları bölüşüb. Bildirilib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və onun təmsil etdiyi qurumun bu modeli dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada tədris edir.

Jurnalist Fabiana Seyhanın regionda baş verən proseslərlə bağlı sualına cavablandıran R.Hüseynov vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionumuzda sülhün və multikulturalizmin ən böyük təhdididir və bəzi beynəlxalq dairələr bu münaqişəyə dini və yaxud etnik don geyindirməyə çalışırlar.

Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişənin arxasında əslində Ermənistanın ərazi iddiaları durur və bu təcavüzün nəticəsində otuz ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və bir milyona yaxın insan öz evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Azərbaycanın mültikulturalizmin beşiyi olduğu və ölkəmizdə bir çox millətlərin və bütün dini konfessiyaların nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı diqqətə çatdırılıb. Səfir Elxan Poluxov öz növbəsində bu silsilə proqramların izləyicilərinə öz dərin minnətdarlığını bildirərək, bu proqramlar vasitəsilə ölkələrimiz arasında mövcud olan əlaqələrin, demək olar ki, bütün sahələrin əhatə olunduğunu qeyd edib. Müsahibəsində E.Poluxov ermənilərin ölkəmizə qarşı başladığı yeni təcavüzündən danışaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edəcəyini bildirib və Prezident İlham Əliyevin “Qarabağ - Azərbaycan. Nida!” şüarı ilə çıxışını bitirib.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed