Şrift:
Doqquz ayda Energetika Nazirliyində inzibati xətalarla bağlı 302 işə baxılıb
20.10.2020 [10:50] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyində inzibati xətalar üzrə 302 işə baxılıb.

Nazirlikdən bildirilib ki, bunlardan 284 iş təbii qaz, 18 iş isə elektrik enerjisi ilə bağlı olub. Təbii qaz üzrə 11 iş barəsində əsaslandırılmış qərardad qəbul edilib, 130 iş isə təqdim edilmiş materiallar düzgün tərtib olunmadığından aidiyyəti üzrə geri göndərilib.

Aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 96 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 10 iş üzrə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, elektrik qurğularında texniki istismar qaydalarının pozulmasına görə 1 iş üzrə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilib. 32 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Bütün qərarların “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed