Şrift:
Qazaxıstanda parlament seçkilərinin vaxtı müəyyənləşib
21.10.2020 [11:08] - Xəbərlər, Siyasət
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə parlament (aşağı palata) seçkilərinin tarixini təyin edib. Ölkə başçısı seçkilərin ilk dəfə partiya siyahıları ilə keçiriləcəyini bildirib.

Sənəddə bildirilir ki, partiya siyahıları ilə növbəti parlament seçkiləri 2021-ci il yanvarın 10-na, Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilən deputatların seçkiləri isə yanvarın 11-nə təyin edilib.

Qazaxıstan rəhbəri MSK və Baş Prokurorluğun seçkilərin qanuniliyinə, şəffaflığına və ədalətinə riayət olunmasını tapşırıb.

Hökumətə Nur-Sultan, Almatı, Çimkent və bölgələrin akimlərinə növbəti seçkilərin təşkilati, maddi, texniki və maliyyə dəstəyi üçün lazımi tədbirlərin görülməsi həvalə edilib
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed