Şrift:
Vaşinqtonda hərəkət edən xüsusi yük avtomobili ABŞ ictimaiyyətini erməni təcavüzü haqqında məlumatlandırır
22.10.2020 [09:53] - Xəbərlər, Siyasət
ABŞ-ın paytaxtı Vaşinqtonda üzərində rəsmi Yerevanın işğalçılıq siyasətini əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpağlarından çıxmasını tələb edən rəqəmsal plakatların və mobil reklam lövhələrinin olduğu xüsusi avtomobil gün ərzində mərkəzi küçələri, meydanları dolaşaraq yerli ictimaiyyəti Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırır.

Plakatlar üzərində “Qarabağ Azərbaycandır!”, “Ermənistan Azərbaycan torpağından çıx!”, “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır!”, “Erməni işğalına son qoyulsun” şüarları yer alıb. Avtomobil Vaşinqtonda yerləşən müxtəlif ölkələrin diplomatik missiyaları və Ermənistan səfirliyinin binası qarşısında bir neçə dəfə keçib və dayanıb. Təbliğat fəaliyyəti Vaşinqton səhərinin sakinlərinin diqqətini cəlb edib, onlar baş verənlər barədə məlumatlar alıblar.

Bu təşəbbüs və kampaniya Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova tərəfindən irəli sürülüb və həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed