Şrift:
Ağdaşda doqquz ayda 1736 daimi iş yeri açılıb
22.10.2020 [10:19] - Gündəm, İqtisadiyyat
Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağdaş rayonunda da öz uğurlu nəticələrini verir. Təsadüfi deyildir ki, təkcə bu ilin doqquz ayında bölgədə 2727 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən bildirilib ki, təzə açılan iş yerlərinin 1736-sı daimidir. Açılan iş yerlərinin 15-i yeni yaradılan müəssisələrdə, 189-zu mövcud idarə və müəssisələrdə, 1532-si isə fiziki şəxslərdədir.

Qeyd edək ki, aqrar bölgədə olan Ağdaşda kənd təsərrüfatının ayrı-ayrı sahələrində minlərlə sakin müvəqqəti işlə təmin olunub.
Bu xəbər oxucular tərəfindən 180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed