Şrift:
İranda hərbi helikopter qəzaya uğrayıb: 9 ölü
14.11.2012 [13:44] - Güney Azərbaycan xəbərləri, Hərb
Bu gün səhər, İran ordusuna məxsus helikopter Xorasan Razavi əyalətində qəzaya uğrayıb . Baş verən qəza nəticəsində 9 nəfər həlak olub. Qəzanın baş vermə şəraiti və səbəbləri bəlli deyil.
Xorasan hava limanının rəhbəri Səid Çalandari qəzaya uğrayan helikopterin İran ordusuna məxsus olduğunu deyib. Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər gediblər.
Qeyd edək ki, hazırda İranın şərqində genişmiqyaslı hərbi təlimlər keçirilir. Adıçəkilən əyalətdə təlim keçirilən 8 bölgədən biridir.
Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed