Şrift:
Azərbaycan məhsullarının Çinə ixracı müzakirə edilib
23.10.2020 [11:53] - Gündəm, İqtisadiyyat
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin “Sino-Foreign” şirkəti arasında onlayn formatda işgüzar görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu biznes dairələri arasında əməkdaşlığın inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, keçirilən görüşlər və aparılan danışıqların iki qurum arasında əlaqələrin genişlənməsindəki rolunu vurğulayıb.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Sino-Foreign” şirkətinin direktoru Van Veivei təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.

İşgüzar görüşdə AZPROMO ilə “Sino-Foreign” şirkəti arasında əlaqələrin genişləndirilməsi və Azərbaycan məhsullarının Çinə ixracı məsələləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed