Şrift:
Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
23.10.2020 [12:06] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən kəskin artıb.

Son sutka ərzində Ermənistanda 2474 nəfərdə koronavirus təsdiqlənib.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 73 min 310-a yüksəlib.

Pandemiya qurbanlarının sayı isə 1145-ə çatıb, onlarında 14-ü son sutka ərzində ölüb.

Hazırda ölkədə 21 min 560 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Qeyd edək ki, Ermənistanda koronavirusla əlaqədar cari il martın 11-dən sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi qüvvədə olub. Hazırda isə ölkədə karantin rejimidir və bu rejim 2021-ci il yanvarın 11-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed