Şrift:
Biləsuvarın şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb
23.10.2020 [12:07] - Gündəm, İqtisadiyyat
Biləsuvarda şəkər çuğunduru yığımı baş çatıb.

Rayon Statistika idarəsindən bildiriblər ki, bu il Biləsuvarda 266 hektar sahədə şəkər çuğunduru becərilib. Məhsul istehsalçılarının yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda məhsul bol olub. Əkinçilər sahələrdən 10 min 288 ton şəkər çuğunduru toplayaraq, yığımı başa çatdırıblar. Hər hektarının məhsuldarlığı 386,8 sentner olub ki, bu da ötən ildəkindən 63,1 sentner çoxdur.

Qeyd edək ki, ötən il biləsuvarlı əkinçilər çuğundur sahələrindən 324 ton məhsul yığıblar.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed