Şrift:
İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub
26.10.2020 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə oktyabrın 25-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 32 616 nəfərə, xəstəliyə yoluxanların sayı isə 568 896 nəfərə çatıb.


Xanım Lari deyib ki, indiyədək 455 054 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4969 nəfərin vəziyyəti ağırdır.


Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirusla bağlı 4 milyon 719 min 597 test aparılıb.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 32 616 nəfərə, yoluxanların sayının isə 568 896 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 128 000 nəfəri keçdiyini, 17 milyon 200 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər
Bu xəbər oxucular tərəfindən 142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed