Şrift:
Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə virtual satış sərgisi davam edir
26.10.2020 [10:55] - Xəbərlər, Mədəniyyət
Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi davam edir.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşıb. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilir. Sərgi xoş əhval ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

Satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsi ilə yayımlanır.
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed