Şrift:
Azərbaycan dili və ingilis dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib
27.10.2020 [10:48] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Mərkəzən bildirilib ki, iclasların gündəlik məsələsi ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər. Proqramların təkmilləşdirilməsində təkliflər nəzərə alınıb.

Noyabrın 2-də ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinin müzakirəsi aparılacaq.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed