Şrift:
Güney Azərbaycanlı millət vəkili zəlzələ bölgəsinin baxımsız qaldığını bildirib
15.11.2012 [12:17] - Güney Azərbaycan xəbərləri, Sosial
Vərziğan şəhərindən seçilmiş azərbaycanlı millət vəkili Allahverdi Dehqan İran parlamentində çıxış edərək 3 ay əvvəl Şərqi Azərbaycanda baş vermiş zəlzələdən ziyan çəkənlərin durumundan gileylənib.
Allahverdi Dehqan deyib ki, Əhər, Heris, Vərziğan şəhərlərində və ətraf bölgələrdə artıq bir neçə gündür qar yağır və havanın temperaturu (istilik dərəcəsi) sıfırdan aşağı düşüb, amma insanlar hələ də ibtidai yardımdan məhrumdur: “Təəssüflər olsun ki, insanlar bu soyuq havada hələ də çadırlarda və yarımdağılmış evlərdə yaşayırlar. Zəlzələdən 3 ay keçməsinə baxmayaraq 60-dan çox kənd və bir şəhər tamamilə baxımsız qalıb. Hazırda Vərzəqan şəhərində 1600 nəfər müvəqqəti yerlərdə məskunlaşdırılıb. Lakin həmin şəhərin ətrafındakı kəndlərdə 9 min nəfərin müvəqqəti məskunlaşması məsələsi öz həllini tapmayıb”.
Avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 200-dən çox kənd tamamilə dağılmış, rəsmi rəqəmlərə görə, 350 nəfərdən çox insan həlak olmuş, minlərlə adam ağır yaralanmışdı.
Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed