Şrift:
Niderlandda yaşayan azərbaycanlı gənclər Ermənistanın hərbi təcavüzünə etiraz olaraq aksiya keçiriblər
28.10.2020 [10:22] - Gündəm, Siyasət
Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə etiraz olaraq, artıq bir həftədir ki, Niderlandda yaşayan azərbaycanlı gənclər və tələbələr Haaqa şəhərində yerləşən Niderland Parlamenti önündə etiraz aksiyası keçirirlər.

Azərbaycanın Niderland Krallığındakı Səfirliyindən bildirilib ki, etiraz aksiyasında gənclər Azərbaycan həqiqətlərini Niderland ictimaiyyətinə çatdıraraq, Ermənistanın münaqişədən uzaq yerləşən Azərbaycan şəhərlərinə və orada yaşayan mülki şəxslərə qarşı törətdiyi hərbi təxirbatlar və çoxsaylı qətl və dağıntılar barədə məlumat veriblər. Eyni zamanda erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu bildiriblər. Hazırkı əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış ərazisi daxilində getdiyi ilə bağlı niderlandlıları məlumatlandırıblar.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed