Şrift:
Hacıqabulda bağlardan 3 min tondan çox nar yığılıb
28.10.2020 [10:42] - Gündəm, İqtisadiyyat
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.

Rayon stastika idarəsindən verilən məlumata görə, xeyli vaxtdır ki, hacıqabullu bağbanlar meyvə bağlarında yetişmiş məhsulun yığımını aparırlar. Bağbanlar indiyədək rayonda mövcud olan 1559,3 hektar meyvə bağlarından 7782 ton meyvə yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Tədarük olunan meyvənin 189 tonunu alma, 176 tonunu armud, 40 tonunu albalı, 131,1 tonunu gavalı, 3 min 776,3 tonunu nar, 1630,9 tonunu heyva, 160 tonunu alça, 81,5 tonunu gilas, 437 tonunu ərik, 100,2 tonunu şaftalı, 198 tonunu xurma və 862 tonunu isə digər meyvələr təşkil edib. Yığılan meyvə emal müəssisələri və bazarlara göndərilir.

Rayonda meyvə yığımı davam edir.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed