Şrift:
İran parlamentinin sədri koronavirusa yoluxub
28.10.2020 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf koronavirusa yoluxub.

İran yerli mətbuat xəbər verir ki, bu barədə spiker İSNA xəbər agentliyinə bildirib. M.B.Qalibaf deyib ki, parlamentin aparatında əməkdaşların biri virusa yoluxub və digərlərini də bilmədən yoluxdurub.

Spiker bildirib ki, test verib və nəticədə onun da virusa yoluxduğu aşkar edilib. Hazırda karantin rejimində olan spiker videokonfrans vasitəsilə vəzifəsini icra edir.
Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed