Şrift:
Tokio Olimpiadası zamanı Antiinfeksiya Mərkəzi fəaliyyət göstərəcək
29.10.2020 [10:10] - Gündəm, İdman
Gələn ilin yayında Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı Antiinfeksiya Mərkəzi fəaliyyət göstərəcək.

Bu barədə razılaşma Yaponiya hökumətinin, Tokio bələdiyyəsinin və Olimpiadanın təşkilat komitəsinin Baş nazirin ofisində keçirdiyi görüş zamanı əldə edilib. Görüşdə Olimpiada zamanı təşkilat komitəsinin nəzarəti altında fəaliyyət göstərəcək Antiinfeksiya Mərkəzinin yaradılması barədə qərar qəbul olunub.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, Mərkəzin qarşısında yarışlarda iştirak etmək üçün Tokioya gələn idmançıların və Olimpiada ilə əlaqədar digər şəxslərin fiziki sağlamlığı barədə məlumatların toplanması vəzifəsi qoyulacaq. Mərkəz, həmçinin koronavirusa yoluxma halları təsdiq edildiyi halda onun yayılması yollarının aşkar edilməsinə cavabdeh olacaq.

Bundan əlavə, görüş iştirakçıları yüksək temperaturu olan şəxslərin Atletlər şəhərciyində ambulator müalicəsi, xəstələrin daşınması və yerləşdirilməsi, özəl laboratoriyaların fəaliyyətinin təşkili ilə məşğul olacaq mərkəzi obyektin inşası barədə də razılığa gəliblər.

Eyni zamanda, Yaponiya hökumətinin Beynəlxalq Olimpiya Komitəsi və idman federasiyaları ilə Oyunlar zamanı koronavirusa yoluxduğu müəyyən edilən idmançılarla necə rəftar olunacağı məsələsini müzakirə edəcəyi də bildirilir.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed