Şrift:
Tiflisdə soydaşlarımızın mağazalarını yandırıblar
15.11.2012 [14:08] - Borçalı
Bu gün səhər 07.00 radələrində Tiflis şəhəri yaxınlığında yerləşən Lilo bazarında yanğın baş verib.

Hadisə nəticəsində 51 mağaza yanıb. Mağazaların əksəriyyəti soydaşlarımıza məxsus olub. Hadisə yerinə 15 yanğınsöndürən maşın gəlib və 1 saat ərzində yanğın tamamilə söndürülüb. Yanğın nəticəsində soydaşlarımıza külli miqdarda ziyan dəyib. İlkin hesablamalara görə, ticarət obyektlərində olan on minlərlə dollarlıq mal yanıb. Bazarda çalışan və hadisənin şahidi olanlar APA-ya bildiriblər ki, bu, Lilo bazarında baş verən ikinci yanğın hadisəsidir. Ötən hadisədən fərqli olaraq bu dəfə yanğınsöndürənlər daha çevik və operativ çalışıblar. Soydaşlarımız bildiriblər ki, onların malları sığorta şirkəti tərəfindən sığortalanıb. İlkin versiyaya görə, yanğına səbəb elektrik xəttində qısa qapanma olub. Hazırda hadisə yerində polis tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed