Şrift:
MDHP Türkiyənin Respublika Günü münasibətilə Türkiyə və Azərbaycan xalqlarını təbrik edib
29.10.2020 [11:51] - Xəbərlər, Siyasət, Siyasi partiyalar, Özəl xəbər
Milli Dirçəliş Hərəkatı Partiyası Türkiyənin 29 Oktyabr - Respublika Günü (Cümhuriyyət Bayramı) münasibəti ilə Türkiyə və Azərbaycan xalqlarını təbrik edib. Təbrikdə bildirilir:

“Bir millət – iki dövlət olan Azərbaycanla Türkiyənin misilsiz doğmalıq və qardaşlıq münasibətləri xalqlarımızın hər iki dövləti öz dövləti kimi qəbul etməsi və sevməsi ilə səciyyələnir. Bu səbəbdən də 29 Oktyabr – Türkiyənin Cümhuriyyət Bayramı həm də Azərbaycan xalqının və bütün Türk dünyasının bayramıdır. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Türkiyə və Azərbaycan xalqlarını, eləcə bütün Türk millətini təbrik edirik! Türkiyə Cümhuriyyətinin dünya miqyasında sahib olduğu iqtisadi, siyasi, hərbi və s. qüdrəti ilə qürur duyur və bunları eyni zamanda öz uğurlarımız hesab edirik. Ümumiyyətlə qardaş dövlətin mövcudluğu və dünyada güc mərkəzlərindən birinə çevrilməsi bizim qürur mənbələrimizdəndir.
Qardaş Türkiyə ilə sevincimiz bir, kədərimiz birdir. Eyni zamanda ideallarımız, hədəflərimiz də eynidir. Bu səbəbdən bizi sevənlər və ya bizə düşmənçilik edənlər də eynidir. Bütün bunlar artıq dəfələrlə sınaqdan keçmiş və kimsə tərəfindən gizlədilməsi mümkün olmayan reallıqlardır.
Bu gün ölkələrimizə qarşı eyni aqressiyanı sərgiləyənlər min bir əsassız bəhanə uydursalar da əsl səbəbin Türk düşmənçiliyi olması gün kimi aydındır.
Azərbaycanın torpaqlarını işğal edən Ermənistan necə Suriyada Türk əsgərinə qarşı döyüşmək üçün terror qruplaşmalarına kömək üçün əsgər göndərirdisə, eynilə həmin terrorçular da bu gün Azərbaycan əsgərinə qarşı döyüşmək üçün Qarabağa axışırlar. Həmin terrorçular eyni zamanda Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyin qisasını almaq üçün Türkiyə ərazisində də fəaliyyətlərini artırıblar. Məlum olduğu kimi, Türkiyədə ard-arda baş verən meşə yanğınlarını törədən bir neçə PKK terrorçusu həbds edilib.
Eyni zamanda Azərbaycanın əks-hücum və anti-terror əməliyyatları qarşısında aciz qalan Ermənistanın müttəfiqlətinin Azərbaycan və Tütkiyəyə eyni aqressiya ilə yanaşmaları da bunun əyani sübutudur. Özlərini “mədəni hüquqi dövlətlər” adlandıranlar bu gün bütün hüquq normalarını və mənəvi dəyərləri tapdalayaraq işğalçı və terrorçu bir dövləti açıq şəkildə dəstəkləməklə yanaşı, acizanə şəkildə Türkiyə Cümhuriyyətinin Prezidentinə qarşı təhqirlərə start veriblər. Yunanıstan, ardınca isə Fransa kimi “mədənilərin” bu davranışı sayqıdəyər Rəcəb Təyyub Ərdoğana yox, Türk millətinə olan münasibətin ifadəsidir.
Bu baş verənlər bir daha onu göstərir ki, düşmənin gözündə biz vahid məvhum, eyni amil, bir gücük. Artıq bu vahidliyi, ayrı-ayrılıqda təsəvvür etməyə bizim haqqımız yoxdur. Ona görə də GÜNÜMÜZ MÜBARƏK əziz xalqlarımız, böyük millətimiz!”
Bu xəbər oxucular tərəfindən 3288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed