Şrift:
Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötüb
30.10.2020 [11:05] - Xəbərlər, Sağlıq
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 45 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, oktyabrın 29-da dünya üzrə rekord sayda - 545 min 945 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən sutka ərzində 7 min 172 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 45 milyon 347 min 700 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 186 min 393 nəfərə çatıb. Eyni zamanda, 32 milyon 995 min 952 nəfər sağalıb, müalicəsi davam edən 11 milyon 165 min 355 xəstədən 82 min 300 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 9 milyon 210 mini ötüb. Hindistanda 8 milyon 88 min, Braziliyada 5 milyon 496 min, Rusiyada 1 milyon 581 min, Fransada 1 milyon 282 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 234 min 177 nəfər. İlk beşliyə daxil olan Braziliyada 159 min 33, Hindistanda 121 min 131, Meksikada 90 min 773, Böyük Britaniyada isə 45 min 955 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed