Şrift:
Ötən sutka ərzində koronavirusa rekord sayda – 545 mindən çox yoluxma qeydə alınıb
30.10.2020 [11:14] - Gündəm, Sosial
Oktyabrın 29-da dünyada COVID-19 infeksiyasına rekord sayda – 545 min 945 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 507 min 543 nəfərin yoluxduğu oktyabrın 28-də müşahidə edilmişdi.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 7 min 172 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, pandemiyanın başlanğıcından bəri koronavirusa yoluxanların sayı 45 milyon 347 min nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 186 min 393 nəfərə çatıb.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed