Şrift:
Ermənistan koronavirusa yoluxanların ümumi sayına görə Çini keçib
30.10.2020 [11:36] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır. Son sutka ərzində ölkədə daha 2398 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 87 min 432-yə yüksəlib. Bu göstərici ilə Ermənistan COVID-19 virusunun ilk mənbəyi olan Çini keçib. Qeyd edək ki, Çində bu günədək 85 min 940 koronavirusa yoluxma faktı qeydə alınıb.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 28 nəfər artaraq 1300-ə çatıb.

Hazırda Ermənistanda 31 min 458 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed