Şrift:
Emin Əmrullayev: Şagirdlərin sinifdə qalmaq ehtimalı müzakirə məsələsi deyil, onlar sinifdən-sinfə keçəcəklər
30.10.2020 [11:42] - Gündəm, Sosial
Distant tədrislə hər bir şagird öz təhsilini davam etdirir. Ona görə də şagirdlərin sinifdə qalmaq ehtimalı müzakirə məsələsi deyil. Onlar sinifdən-sinfə keçəcəklər.

Bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, ölkədə distant təhsilə keçid olunmur. Sadəcə olaraq mövcud vəziyyətlə əlaqədar alternativ tədris forması kimi distant tədris forması seçilib.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed