Şrift:
Səfir Vilayət Quliyev: Paşinyan hökuməti siyasi proses üçün şans saxlamayıb
30.10.2020 [11:46] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bu ölkənin nüfuzlu “Magyar Nemzet” qəzetinə müsahibə verib (bax: https://magyarnemzet.hu/kulfold/kozel-voltunk-a-megegyezeshez-de-most-mar-nincs-mas-megoldas-8870981/).

Qəzet müxbirinin ölkələrimizin ikitərəfli münasibətlərinə və Azərbaycanın işğal olunmuş ərazilərində hazırda baş verən hadisələrə dair sualını cavablandıran səfir Azərbaycan ilə Macarıstan arasında genişlənən əməkdaşlıq haqqında söhbət açıb. V.Quliyev strateji tərəfdaşlıq barədə 2014-cü ildə imzalanan sazişi xatırladıb. İki ölkənin paytaxtları arasında birbaşa hava reysi açılıb, yüzlərlə azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində “Hungaricum” proqramı üzrə təhsil alır. Səfir qeyd edib ki, Macarıstanın “MOL” enerji konserni Azərbaycanda sanballı investordur.

Bütün bu amillər ölkələrimizi sıx əlaqələndirib. Təəccüblü deyil ki, Ermənistan-Azərbaycan münaqişəsinin qaynar fazasının başlanması ilə əlaqədar Macarıstan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək kimi ədalətli niyyətini dəstəklədiyini bildirən ilk ölkələrdən biri olub.

Səfir münaqişə barədə sualları cavablandırarkən münaqişənin mənbəyinə və mahiyyətinə toxunub. O, danışıqlar aparılan illər ərzində erməni tərəfinə təqdim edilən konstruktiv təkliflər barədə ətraflı söhbət açıb və qeyd edib ki, Nikol Paşinyan hökuməti bu təkliflərin cavabında provokasiyalara əl atıb. Ermənistanın yeni baş naziri öz hərəkətləri ilə siyasi prosesin davamı üçün heç bir şans saxlamayıb. V.Quliyev deyib: “Siyasətçi deməz ki, bu və ya digər münaqişənin diplomatik həlli yoxdur”.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed