Şrift:
Litvada koronavirusa yoluxanların sayı 15 mini keçib
02.11.2020 [12:04] - Gündəm, Sosial
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 895 nəfər artaraq 15719-ə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 27 min 761 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6797 nəfərdən götürülən testlərin 895-nin nəticəsi müsbət çıxıb.

Sağalanların sayı isə 4883-dir. Yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 166 ölüm faktı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed