Şrift:
Baş verən Zəlzələ hadisəsindən 3 ay keçməsinə baxmayaraq İran rejimi bu bölgələrə laqeyd qalıbdır -videolar
16.11.2012 [11:21] - Güney Azərbaycan xəbərləri
Baş verən Zəlzələ hadisəsindən 3 ay keçməsinə baxmayaraq İran rejimi bu bölgələrə laqeyd qalıbdır və heç bir tikinti işləri aparılmır, əhalinin çoxu çadırlarda məskunlaşıb, bu da soyuq havalarda onlar üçün problemlər yaradır.
Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Həmin zəlzələdən sonra indiyədək bu bölgədə 3200 dəfə müxtəlif bal gücündə zəlzələ baş verib. Sonuncu belə zəlzələ noyabrın 7-də Vərzagan şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə baş verib. Zəlzələ nəticəsində 50 nəfər xəsarət alıb. Onların əksəriyyəti məktəblilər olub.



video link 2: http://www.youtube.com/watch?v=cdY1xjd6InM&feature=relmfu
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed