Şrift:
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
04.11.2020 [10:50] - Gündəm, Bildiriş
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Komissiyadan bildirilib ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılıb, komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 3 noyabr tarixli Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed