Şrift:
Prezident İlham Əliyev: Əminəm ki, bu münaqişə Azərbaycanın heç bir ölkə ilə münasibətlərinə təsir etməyəcək
04.11.2020 [11:35] - Xəbərlər, Siyasət
Mən münaqişənin bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfərim çox uğurlu oldu və biz böyük planlarla evə döndük. Əminəm ki, pandemiya baxmayaraq ki, biz bu planları icra edəcəyik.

Prezident İlham Əliyev bu barədə “La Repubblica” qəzetinə müsahibəsində İtaliya ilə münasibətlərdən danışarkən bildirib.

Bu gün İtaliyanın neft təchizatına görə Azərbaycan üçün əsas ticarət tərəfdaşı olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed