Şrift:
Ankaradan İrəvanarevana yürüş olacaq
16.11.2012 [12:29] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Türkiyədə yaşayan əslən azərbaycanlı Qələndər Bayramlı dünya birliyinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün Ermənistanın paytaxtı Yerevana piyada yürüş edəcək. Noyabrın 21-də yola çıxacaq soydaşımız fevralın 25-dən 26-na keçən gecə Yerevanda olmağı nəzərdə tutub. Türkiyə mətbuatına verdiyi açıqlamada Qələndər Bayramlı deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmayana qədər bu cür aksiyaları davam etdirəcək: “Çox çətin olacağını bilirəm. İnandığım üçün bir problem görmürəm. Toprağım üçün ölsəm də olur. Hələlik heç bir xəbərdarlıq almamışam”.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed