Şrift:
İşğaldan azad olunan ərazilərdə su təsərrüfatı və meliorasiya obyektlərinin sayının dəqiqləşdirilməsi üçün xüsusi komissiyalar yaradılacaq
06.11.2020 [11:01] - Gündəm, Sosial
Ermənistanın işğal etdiyi torpaqlarımızda 9 su anbarı (Suqovuşan su anbarı artıq azad edilib) və 7 su tutarı olub. Bu torpaqlarda 6426 kilometr uzunluğunda suvarma şəbəkələri, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı.

Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı. “Şanlı Ordumuzun azad etdiyi ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar tərəfindən aparılan araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək”, - deyə məlumatda qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed