Şrift:
Cəlilabad polisi Dövlət Bayrağı Günü münasibətilə sürücülərə Azərbaycan bayraqları paylayıb
10.11.2020 [08:39] - Xəbərlər, Siyasət
Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə maraqlı aksiya keçiriblər.

Aksiya çərçivəsində Cəlilabad şəhəri ərazisindəki yollarda sürücülərə üçrəngli Azərbaycan bayraqları təqdim olunub.

Sürücülər belə bir əziz gündə onlara üçrəngli bayrağımızın təqdim edilməsini yüksək dəyərləndirərək, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Yol Polisinin əməkdaşları, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində sürücülərə tibbi maskalar da paylayıblar.

Aksiya gün ərzində davam edib
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed