Şrift:
İƏT-in Milli Xəbər Agentlikləri Birliyi və Misir KİV-ləri Azərbaycanın Qələbəsinə həsr olunan materiallar yayıb
11.11.2020 [10:46] - Xəbərlər, Siyasət
İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyi (UNA) və Misir KİV-ləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq müraciətini geniş işıqlandırıb.

UNA-nın istinadla yaydığı xəbərdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında müharibənin dayandırılmasına dair imzalanmış bəyanat və dövlətimizin başçısının xalqa müraciəti yer alıb.

Misirin “Eghad” portalı və “Asiaelyoum” informasiya agentliyi də Prezident İlham Əliyevin xalqa müraciəti haqqında xəbərlər yayıb. “Prezident İlham Əliyev müharibənin Qələbə ilə başa çatdığını bəyan etdi” sərlövhəli xəbərdə qeyd olunur ki, Azərbaycanın dövlət başçısı şanlı Qələbənin döyüş meydanında qazanıldığını, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edildiyini vurğulayıb. Xəbərdə dövlətimizin başçısının bu fikirləri yer alıb: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed