Şrift:
“Şücaətli Azərbaycan ordusunun uğurları” layihəsi əsasında yeni videoçarxlar hazırlanıb
13.11.2020 [10:49] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan ordusunun müzəffər əsgərlərinin uğurlarını videoçarxlar şəklində təqdim etməyə davam edir.

İdarədən bildirilib ki, kitabxana “Şücaətli Azərbaycan ordusunun uğurları” adlı layihə əsasında iki yeni videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımız siyahı şəklində verilir. Həmçinin qeyd edilən kəndlərin tarixi, toponimikası və iqtisadiyyatı ilə bağlı informasiyalar da yer alır.

Videoçarxlar “Can Azərbaycan” mahnısı ilə müşayiət olunub. Mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Azərbaycan” mahnısı isə Xalq artisti Zülfiyyə Xanbabayeva tərəfindən səsləndirilib
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed