Şrift:
Tikabda(Tikantəpə) Qarabağın azadlığını qeyd etdikləri üçün beş milli fəal həbs edilib
13.11.2020 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabr ayıənın 12-i, Cuma axşamı, bir qurup şəhər sakini və milli-mədəni fəal şəhərin mərkəzi küçələrində toplanaraq Qarabağın Ermənistan işğalından azad edilməsini qutlamaq istəiblər. Onlar, dinc şəkildə əhaliyə şirniyyat paylayıb və şənlik etdikləri zaman yerli hökumət məmurlarının hücumuma məruz qalıblar. Kobudluq və zorakılıqla müşayiət olunan hucumda 5 güneyli mədəni fəal saxlanılıb.



Qısa müddətdən sonra hadisə yerinə gələn Tikantəpə şəhərinin “Ticarət Obyektlərinə Nəzarət İdarəsi”nin məmurları gənclərin dinc tədbirlərini dağıdaraq, milli-mədəni fəal cənab “Məcid Zahidpur”u saxlayaraq özləri ilə aparıblar.



Bir saat sonra məmurlar şəəhərin “Meşəlik” parkında “Saib Nəhavəndi Tikantəpə” və “Abdullah Qulami”ni həbs ediblər. Onlar, “Sədri” soyadlı iki gəncidə həbs etməyə çalışsalarda buna müvəffəq olmayıblar.



Azərbaycan ordusunun işğalçı Ermənistan üzərində qələbəsindən sonra Güney Azərbaycanın bir çox şəhərlərində insanlar sevinclərini bildirmək üçün şirniyyat paylayıb və şənlik mərasimləri keçirib, atəşfəşanlıq ediblər. Eyni halda bir sıra yerlərdə Qarabağın azad edilməsi üçün nəzir etdikləri qurbanlar kəsiblər.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed