Şrift:
Moldovada keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı “sükut günü”dür
14.11.2020 [10:50] - Xəbərlər, Siyasət
Bu gün Moldovada noyabrın 15-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı “sükut günü”dür.

Moldova Mərkəzi Seçki Komissiyasının saytı xəbər verir ki, “sükut günü” prezidentliyə namizədlər hər hansı təbliğat-təşviqat işləri apara bilməz.

Prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırkı Prezident İqor Dodon mübarizə aparacaqlar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunur.

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3 milyon 605 min 517 bülleten çap olunub. Seçki bülletenlərinin sayına uyğun olaraq koronavirusdan qorunmaq üçün müvafiq vasitələr də paylanılıb.

Çap olunan seçki bülletenlərindən 671min 500-ü ölkədən kənardakı seçki məntəqələrinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed