Şrift:
Ermənistanda koronavirusa yoluxanların sayı 115 mini keçib
14.11.2020 [12:14] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən kəskin artıb. Son sutka ərzində ölkədə daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 115 min 855-ə yüksəlib.

Ölkədə pandemiya qurbanlarının sayı daha 41 fakt artaraq 1738-ə çatıb.

Hazırda Ermənistanda 39 min 564 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed