Şrift:
Avstriyada Slovakiya nümunəsi əsasında kütləvi testlər həyata keçiriləcək
16.11.2020 [11:18] - Gündəm, Sosial
Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Avstriyada Slovakiya nümunəsi əsasında kütləvi testlər həyata keçiriləcək.

Bu barədə məlumatı Federal Kansler Sebastian Kurts təsdiqləyib və testlərin ilk mərhələsinin dekabrın 6-da başa çatacaq sərt karantinin sonları, ikinci mərhələsinin isə Milad bayramı öncəsi üçün planlaşdırıldığını söyləyib.

Federal Kansler həmçinin qeyd edib ki, kütləvi testlər bir sıra hədəf qrupları, ilk növbədə isə təhsil işçiləri arasında aparılacaqdır. Kütləvi testlərin məqsədi koronavirusa yoluxmuş, lakin virusun əlamətlərini daşımayan şəxsləri (qeyri-simptomatik yoluxma halları) müəyyən edərək, virusun daha da geniş yayılmasının qarşısını almaqdır.

S. Kurts bildirib ki, Slovakiya təcrübəsi əsasında sürətli antigen testlərinin epidemioloji vəziyyətin inkişafına müsbət təsiri müəyyən edilib və eyni qaydada Avstriyada da əhali testlərə cəlb ediləcək, lakin bu zaman prioritet peşə istiqamətləri və əhalinin sosial qrupları nəzərə alınacaq.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed