Şrift:
"Barselona" Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır
16.11.2020 [11:20] - Gündəm, İdman
İspaniyanın "Barselona" futbol klubu hücumçusu Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır.

"Marca" xəbər verir ki, Kataloniya klubu bir neçə həftə əvvəl danışıqlara başlayıb.

Eyni zamanda tərəflərin danışıqlarda irəliləyiş əldə etdiyi də qeyd olunub. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayınadək etibarlıdır.

Bundan əvvəl, 18 yaşlı hücumçunun dizindəki zədəyə görə əməliyyat olunduğu və 3-4 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.

Qeyd edək ki, A.Fati cari mövsümdə "Barselona"nın heyətində keçirdiyi 10 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib.
Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed