Şrift:
Honkonqda yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb
16.11.2020 [11:35] - Gündəm, Hadisə
Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb, 10 nəfər bədən xəsarəti alıb.

Yerli KİV-lər xəbər verir ki, yanğın noyabrın 15-də axşam saatlarında binadakı Nepal restoranında baş verib. Hadisə baş verən zaman restoranda Asiyanın bəzi ölkələrində qeyd olunan Divali festivalı ilə əlaqədar şənlik keçirilirmiş.

Yanğın təxminən 2 saat sonra nəzarət altına alınıb. Bildirilir ki, ölənlərin əksəriyyəti Nepaldan olan miqrantlardır. Ölənlərdən 1-i uşaqdır. Yaralılardan 7 nəfərinin vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed